Suriyanın paytaxtı Dəməşqdə avtobusda baş verən partlayış nəticəsində bir neçə nəfər yaralanıb.
“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, hadisə yerinə Suriyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) texnikası cəlb olunub.
Bildirilib ki, partlayış nəticəsində beş nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırılma aparılır.