Bu ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1 625 480 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
“İki sahil” İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,4 faiz, o cümlədən, fiziki şəxslərin sayı 3,9 faiz, hüquqi şəxslərin sayı isə 7,7 faiz artıb.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. İyun ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq, 196.485 vahid təşkil edib.
2025-ci ilin yanvar-may aylarında 6.236 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,1 faizi yerli investisiyalı, 10,9 faizi xarici investisiyalıdır.
Kommersiya qurumlarının 85,7 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,8 faiz təşkil edib.
Orta Dəhliz XXI əsr ticarət, nəqliyyat və enerji xəritəsində strateji mövqeyini gücləndirir - ŞƏRH
“Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov Vyanada beynəlxalq iqtisadi proqramda iştirak edib