Azərbaycan-Özbəkistan birgə investisiya şirkəti 100-dən çox investisiya layihəsinə baxıb, onlardan 15-dən çoxu təhlil üçün seçilib.
“İki sahil” xəbər verir ki, bu barədə şirkətin Baş direktoru Nazim Hacıyev Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Azərbaycan-Özbəkistan: İqtisadi tərəfdaşlıq vektoru" panel müzakirəsində bildirib.
"Bu layihələrdən dördü müxtəlif sənaye sahələrinə, biri isə maliyyə texnologiyaları sahəsinə aiddir. Layihələrdən birini - Yeni Daşkənd ərazisində ən böyük beynəlxalq məktəbin tikintisini qeyd etmək istəyirəm. Azərbaycan və Özbəkistan şirkətləri arasında bir neçə layihə hazırlayırıq. Onların həyata keçirilməsinə bu ilin sonuna qədər başlamağı planlaşdırırıq", - o bildirib.
N.Hacıyev vurğulayıb ki, şirkət digər ölkələrdən biznes tərəfdaşlarının axtarışı və cəlb edilməsində fəal iştirak edir: "Biz bir neçə ticarət palatası və biznes cəmiyyətinin üzvüyük. Almaniya, İtaliya, Yaponiya və Yaxın Şərq ölkələrindən şirkətlərin cəlb edilməsi üzərində işləyirik".
O bildirib ki, layihələrin təhlilinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır: “Biz artıq 12 layihəyə baxmışıq. Əsas məqsədimiz ölkələrimizin iqtisadi artımı üçün ən böyük potensiala malik şirkətlərə investisiya yatırmaqdır".