11 iyun 2025 17:13
189

Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünün tarixi müəyyənləşib

Türk Dövlətləri Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünüb tarixi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə “Report”a açıqlamasında TDT Baş katibinin Türkiyə müavini Ömer Kocaman məlumat verib.

Onun sözlərinə görə, rəsmi Zirvə görüşü 2025-ci il oktyabrın 6-7-də Bakıda keçiriləcək.

Xatırladaq ki, cari ildə TDT-nin rəsmi və qeyri-rəsmi olmaqla imi Zirvə görüşünün keçirilməsi nəzərdə tutulmuşdu. Qeyri-rəsmi sammit mayın 20-21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilib.