11 iyun 2025 17:38
145

15 iyun - Qurtuluşdan başlanan inkişafımız və zəfər yolumuz

1993-cü il, 15 iyun tarixi haqqında düşünəndə Ümummilli Lider Heydər Əliyevin Xilaskar obrazının təcəssüm tapdığı parlaq şəxsiyyəti üzərində dayanmalı oluruq. Bu gündən geriyə baxanda – hər şeyə müqayisə yolu  ilə nəzər yetirəndə 1990-cı illərin xaos və kataklizm dumanında milli müəyyənliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqın həyatında Ulu Öndər Heydər Əliyevin hansı ölçüdə, böyük miqyasda rol oynadığı daha aydın və səhih boyalarla təhlilə gəlir.  

1980-ci illərin sonlarından etibarən ölkə əvvəlcə yenidənqurma adı ilə göstərilən bir absurdun tamaşaçısı olmaq məcburiyyətini yaşadı, ardınca bu ümidlərin də fiaskoya uğraması prosesi başladı. Hakimiyyət insanı oyuncağa çevirir, siyasi hərc-mərclik içində çabalayan respublikanın müqəddəratı müəyyən maraqların, mənafelərin güdazına verilirdi. 1990-cı ilin 20 Yanvarında törədilən qırğın, 1991-ci ilin noyabrındakı vertalyot qəzası, 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı. Milli müstəqilliyini elan etmiş Azərbaycan Respublikası eyni zamanda yalnız Qarabağ probleminin məngənəsində var-gəl etmir, ölkə miqyasında qabaran başqa olayları dəf etməyə çalışırdı: 1993-cü ilə qədər aparılan hakimiyyət çəkişmələri, siyasət oyunları, ölkədə yaranan hərc-mərclik, milli-siyasi qarşıdurmadan törənən Gəncə hadisələri, hadisələrin vətəndaş müharibəsi səviyyəsinə çatması obyektiv mənzərəni təfərrüatı ilə anlamağa kifayət edir.

Keçid dövrünün ovqatı böyük bir imperiyanın çökümündən sonra gerçəkləşən mədəni-mənəvi deqradasiyanın nəticəsi kimi pərvəriş tapırdı. Mədəniyyət və ənənəvi dəyərlər gözdən salınır, neçə onilliyin ədəbiyyatı nihilist yanaşmaların güdazina verilir, profanlaşma artır, elmin surroqatla əvəzlənməsi prosesi başlanırdı. Azərbaycan insanı da öz müstəqilliyini yaradan, postsovet məkanı kimi özgürlüyünü yaşayan xalq olaraq həm keçid dövrünün, həm də dünya səviyyəsində mövcud xaotik mərhələnin yükünü və ağrısını daşımağa məcbur edilmişdi. Yeni liderin gəlişinə, xalqın nicat yerinə çevrilməsinə ehtiyac vardı, zəmanə öz qəhrəmanını gözləməkdə idi. Nəhayət, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkədə siyasi qarşıdurma aradan qalxdı, Azərbaycan-Ermənistan arasında atəşkəs rejimi elan olundu, bütün sahələrdə sabitlik hökm sürməyə başladı. Xalq şairi Məmməd Araz o illərdə yazırdı: "Prezidentin müdrikliyi ondaydı ki, o, özünü itirmədi, gecikmədi; xalqın sərvaxtlığı ondaydı ki, o, qəfildən ayağa qalxdı və çevikliyini saxladı. Yoxsa Azərbaycan dövləti, milli müstəqilliyimiz, gələcəyimiz darmadağın ola bilərdi".

Bəli, milli-mənəvi həyatımızda hökm sürmüş xaos və stixiyadan sonra Dahi işinə ehtiyacın növbəsi gəlmişdi və zamanın sükanını ahəngə xidməti ilə seçilənlərin öhdəsinə verməyin vaxtı idi. Dövrün qarışıqlığı - ölkədə hökm sürən siyasi hərc-mərclik, sosial böhran, kükrəyən emosiyalar, xalqın fiaskoya uğrayan ümidləri və ardınca Heydər Əliyevin hakimiyyətə gəlişi! Bu yalnız hakimiyyətə qayıdış deyildi. Bir zaman görülən işlərin, bütün senzura və stereotiplərin üstündən adlanıb meydana qoyulan əməllərin bütövlənməsi, yenidən dövriyyəyə gətirilib tamamlanma şansı idi. İbrətlidir ki, tarix bu şansı digərinə deyil, elə istiqlal yollarında can qoymuş, məsləkini tərcümeyi-halına çevirmiş Seçilmişinə - Heydər Əliyevə həvalə etdi.

Heydər Əliyev yenidən, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da sübut etdi ki, ölkəni, xalqı  ida­rə­et­mə missiyası əmin əllərdədir. Hə­min o qa­rı­şıq­lıq və xa­os döv­rün­də Hey­dər Əli­ye­vin söy­lə­di­yi bir ibrəta­miz fi­kir onun bü­tün fəa­liy­yət xət­ti­ni də­qiq xa­rak­te­ri­zə edir: “El­mi­miz­lə, mə­də­niy­yə­ti­miz­lə, mə­nə­viy­ya­tı­mız­la çox eh­ti­yat­lı, çox diq­qət­li dav­ran­maq la­zım­dır. Bu iş­lə­ri ba­zar iq­ti­sa­diy­ya­tı­nın ix­ti­ya­rı­na ver­mək ol­maz”. Hey­dər Əli­yev yal­nız mil­li müs­tə­qil­li­yi qa­zan­dı­ğı­mız 1990-cı il­lər­də de­yil, elə­cə də ha­ki­miy­yət­də ol­du­ğu so­vet epo­xa­sı da­xi­lin­də ədə­biy­ya­tı nə­in­ki iq­ti­sa­diy­ya­tın, elə­cə də si­ya­sə­tin, gü­cün aya­ğı­na ver­mə­mişdir. Onun siyasətçi kimi gücü bunda idi. Əvvəlki inadla millətin yaddaş kultuna sədaqətinin bərpa edilməsi məsələsinə həssas yanaşmasında! 1990-cı illərdə dahi şairimiz Məhəmməd Füzulinin 500, Mirzə Cəlilin 128, ilk möhtəşəm söz abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsi ədəbi irsə layiqli münasibətin izharına ən yaxşı nümunə olmaqla yanaşı, dövlət başçısının hansı məsələlərdə dəstək aradığını, mənəvi ülfət tapdığını bəlli edirdi. Daha sonra bu missiya klassik sənətkarlarımızın taleyinə münasibətdə davamını tapmağa başladı. Klassiklərimizin yubileylərinin keçirilmsi barədə sərəncəmlar imzalayan Heydər Əliyev qeyd edirdi ki, "Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən  qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da mədəniyyətə, mədəni irsimizə,  mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik".

1993-cı illərdə yenidən hakimiyyətə gələn Heydər Əliyevin müasir ədəbiyyat kontekstində yerinə yetirdiyi "yaradıcılıq" missiyasının realizəsi bir tərəfdən klassik ədəbiyyatı yaşatmaqla bağlı idisə, digər tərəfdən çağdaş ədəbi prosesi gəlişdirmək məqsədilə atılan bir sıra addımlarla əlamətdar oldu; yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində rol oynayan, sonradan maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: "Azərbaycan", "Literaturnı Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarının və "Ədəbiyyat qəzeti"nin ölkə prezidentinin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsi ədəbi prosesin gəlişməsində əsaslı rol oynadı.

1993-cü ilin 15 iyunundan sonra Ümummilli lider bütün istiqamətlərdə ardıcıl, davamlı uğurlara, irəliləyişlərə imza atdı. Heydər Əliyevin həyаtа keçirdiyi siyаsət qlоbаl mаhiyyətinə görə bənzərsiz tаriхi mərhələdə Аzərbаycаnın gücünə və Аzərbаycаn ictimаi fikrinin təməl daşına çevrildi. XX yüzilliyin sonunda Ərəbistаndаn Qаfqаzа qədər dаlğаlаnаn siyаsi ziddiyyətlərin Аzərbаycаnа yаnsımаmаsı, Аzərbаycаnın Şərqdə də, Qаfqаzdа dа müstəsnа bir dünyа dövləti kimi öz sаbitliyini və hər mənаdа müstəqilliyini qоruyub sахlаmаsı, Аzərbаycаnın Şərqdə unikаl, tоlerаnt bir Аvrоpа dövləti kimi təzаhür etməsi Heydər Əliyev tərəfindən irəli sürülmüş milli məfkurənin ümummilli mаhiyyətinə ən mükəmməl və etibаrlı sübutdur.

Ümummilli dəyərləri ideоlоji bахımdаn ilk dəfə о təsbit etdi. İqtisаdi cоğrаfiyаnı böyük quruculuq işləriylə, mənəvi cоğrаfiyаnı isə milli-mənəvi dəyərlərin Аzərbаycаnа qаytаrılmаsıylа gerçəkləşdirdi. Аzərbаycаnın qаpılаrını Dədə Qоrqudun, Bаbəkin, Nizaminin, Nəsiminin, Hüseyn Cаvidin, Şəhriyarın üzünə tаybаtаy аçmаqlа, əslində, Аzərbаycаnın məfkurəvi necəliyini müəyyənləşdirdi. Bəli, 1993-cü ilin 15 iyununda Аzərbаycаn хаlqı Heydər Əliyevi hаkimiyyətə təkcə Аzərbаycаnı hərbi-siyаsi böhrаndаn qurtаrmаq üçün deyil, həm də Ümummilli liderin 25 il əvvəl bаşlаdığı Аzərbаycаnçılıq əsərinin ən ciddi səhifələrini yаrаtmаq üçün dəvət etmişdir. Çünki bu mənəvi аbidənin – siyаsi Аzərbаycаnın sirri 1969-cu ildən bаşlаyаrаq Heydər Əliyevin üslubundа artıq kəşf оlunmuşdur.

Heydər Əliyevin 40 illik siyasi yaradıcılığı bu gün azad, müstəqil, böyümüş, yenidən qurulmuş və ən əsası, Zəfər çalmış Azərbaycanımızın əsasını təşkil edir. Ulu Öndər o liderlərdən oldu ki, nəinki xalqın qurtuluş, yenidən var olma qüdrətinə imza atdı, həmçinin millətin həyatını sivil, modern dünya düzəninə uyğunlaşdırmağa nail oldu. 20 sent­yabr 1994-cü il “Əs­rin mü­qa­vi­lə­si”ndən uğur­la baş­la­yan bu yol sonradan çox böyük strateji əməkdaşlıqların əsasını qoydu. İlk dəfə olaraq dünyanın föv­qəl və re­gio­nal döv­lət­lə­ri onun siyasəti ilə uyğunlaşmağa məcbur oldular, Azərbaycan dünyanın nəhəng dövlətləri ilə eyni sırada, eyni hüquqda dayandı və buna nail olmaq üçün Heydər Əliyevin dərin zəka və dünyagörüşü kifayət etdi.

Elnarə Akimova,

Milli Məclisin deputatı, filologiya elmləri doktoru