12 iyun 2025 10:00
182

NBA-da final seriyasının üçüncü oyunu keçirilib

Milli Basketbol Assosiasiyasında (NBA) final seriyasının daha bir oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, "İndiana" və "Oklahoma" komandaları üçüncü dəfə üz-üzə gəliblər.

Rəqibini 116:107 hesabı ilə üstələyən "İndiana" həlledici mərhələdə önə keçib - 2:1.

Qeyd edək ki, tərəflər arasındakı dördüncü qarşılaşma iyunun 14-də, Bakı vaxtı ilə saat 04:30-da start götürəcək.