Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti Ferdinand Romualdez Markosa bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə məktub ünvanlayıb.
“İki sahil” xəbər verir ki, məktubunda filippinli həmkarını və Filippin xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısı bildirib: “İnanıram ki, Azərbaycan ilə Filippin arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir”.
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Güngör Yavuzaslan: Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir