İnsanları ən çox narahat edən təhlükəli, sosial əhəmiyyətli bəla olan narkomaniya və son illər “Kibercinayətkarlıq” kimi həyatda özünə yer tutan hallardır. Narkomaniya millət üçün daha dəhşətli faciədir. Narkoman özünü məhv etməklə bərabər, həm də cəmiyyətin gələcəyini uçurum qarşısında qoyur. Təəssüf ki, respublikamızda narkomaniyaya qarşı mübarizə gündən-günə artsa da, ona meylli olanların sayı çoxalmaqdadır. İndi respublikanın hər yerində bütü təbliğat vasitələrindən, dövlət qurumlarından istifadə edib bu sağalmaz xəstəliyinin qarşısı alınmalıdır.
Bu baxımından Lerik rayonunda hüquq-mühafizə orqanlarla yanaşı, digər təşkilatlar da bir sıra işlər görürlər. Pirasora kənd tam orta məktəbində keçirilən “Narkomaniyaya yox deyək” və “Kibercinayətkarlığa qarşı mübarizə” mövzularında şagirdlərlə növbəti maarifləndirici tədbir məhz bu məqsəddən irəli gəlirdi.
Görüşdə Lerik Rayon Polis Şöbəsini rəisi polis polkovniki Ramil Mustafayev, RİH başçısının müavini Arzu Vəliməmmədova və təhsil sektorunun müdiri Zöhrab Salayev çıxış edərək narkomaniyanın yaratdığı real faciələrdən, “ağ ölüm”ün gənclərin həyatında açdığı ağır izlərdən danışdılar və onun həlli yollarını göstərdilər.
Tədbirdə, həmçinin kibertəhlükələr, onlayn dələduzluqlar və kiber talama halları barədə geniş məlumat verildi, şagirdlərə özlərini necə qorumalı olduqları izah olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü