2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11.5 milyard manata, turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8.2 faizə, turizm üzrə daxilolmaların 7.4 milyard manata çatacağı proqnozlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay mövsümünün açılış mərasimində Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.
DTA sədrinin müşaviri bununla yanaşı, bu dövr ərzində regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 faizə, turizm sənayesinin muzdlu əmək bazarındakı payının isə 5.8 faizə yüksələcəyinin gözlənildiyini qeyd edib.
Orxan Vahidoğlu, "İki sahil"
ADB Biləcəri–Yalama dəmir yolu xəttinin modernləşdirilməsi üçün 350 milyon dollar kredit ayırıb
Rəqəmsal gigiyena: “Kaspersky Premium”damacOS üçün tətbiq silinməsi funksiyası əlavə olunub
Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı işə başlayıb