Saratov vilayətində (Rusiya Federasiyası) avtobus və iki minik avtomobilinin iştirakı ilə qəza baş verib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, üçü uşaq olmaqla dörd nəfər yaralanıb.
Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin məlumatına görə, qəza səhər yerli vaxtla saat 06:35-də Sızran-Saratov-Volqoqrad avtomobil yolunun 349-cu km-də baş verib. "Lada Vesta", "Pajero" və "Neoplan" markalı avtobus toqquşub: "Hadisə nəticəsində "Lada"nın sürücüsü, 1988-ci il təvəllüdlü kişi hadisə yerində ölüb, sərnişinləri - bir qadın və üç azyaşlı isə xəstəxanaya yerləşdirilib".
İlkin məlumata görə, avtobus turist avtobusu olub və Samara-Volqoqrad-Elista marşrutu ilə hərəkət edib. Hadisənin bütün şəraiti müəyyənləşdirilir. Hadisə yerində Dövlət Yol Müfəttişliyinin əməkdaşları işləyir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”