14 iyun 2025 12:26
137

ABŞ-da neft qazma qurğularının sayı azalıb

Bu həftə ABŞ-da neft qazma qurğularının sayı 3 ədəd azalıb.

İki sahil”in məlumatına görə, “Baker Hughes” neft-mədən xidmətləri şirkətinin həftəlik məlumatları açıqlanıb.

Müvafiq olaraq, ölkədəki neft buruqlarının sayı 7-13 iyun həftəsində əvvəlki həftə ilə müqayisədə 3 ədəd azalaraq 439-a düşüb.

Son bir ildə ABŞ-da neft qazma qurğularının sayı 49 ədəd azalıb.

Cümə axşamı günü 69,36 dollardan bağlanan Brent markalı neftin bir barelinin qiyməti cümə günü 74,23 dollarla başa vurub.

“West Texas Intermediate” (WTI) markalı xam neftin bir barelinin qiyməti cümə günü 72,98 dollar səviyyəsində bağlanıb. WTI markalı xam neftin bir barreli cümə axşamı günü 68,04 dollar səviyyəsində bağlanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”