Azərbaycan özümüzü regiondakı ticarətin yeni dinamikasına hazırlayır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb.
H. Hacıyev qeyd edib ki, Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə sərmayə qoyub və yük daşıma qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün yaxın zamanda əlavə sərmayə yatırıb:
“Bununla yanaşı, Bakı limanlarının imkanlarını genişləndirmək üçün də əlavə sərmayə qoyuruq. Yəni biz özümüzü regiondakı ticarətin yeni dinamikasına hazırlayırıq”.
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Güngör Yavuzaslan: Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir