14 iyun 2025 15:00
131

Mirzoyan və Əraqçi regiondakı vəziyyəti müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə erməni nazir "X" sosial şəbəkəsində bildirib.

"Biz son hadisələri müzakirə etdik və cari vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Ermənistanın ifadə etdiyi mövqeyə uyğun olaraq, mən regionda risklərin idarə olunmasının və eskalasiyasının qarşısının alınmasının vacibliyini vurğuladım", - deyə A.Mirzoyan qeyd edib.

O, həmçinin MAQATE ilə bağlı məsələlər də daxil olmaqla, İran rəsmiləri ilə sıx təmasda olduğunu bildirib.