İtaliyanın "Latsio" klubu 37 yaşlı ispaniyalı futbolçu Pedro Rodriqeslə yeni müqavilə imzaladığını açıqlayıb.
"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya və Avropa çempionu ilə anlaşmanın müddəti 2026-cı yayına qədər uzadılıb. Vinger 2021-ci ildən çıxış etdiyi Roma klubunda 176 oyuna çıxıb və 34 qola imza atıb.
Qeyd edək ki, Pedro "Barselona"nın yetirməsidir və bu komandanın heyətində 20 kubok qazanıb.