İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun (OPEC Fund) Forumunda iştirak çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olan Əbu-Dabi İnkişaf Fondunun (Abu Dhabi Fund for Development) baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, görüşdə ölkəmizin əlverişli investisiya mühiti və iqtisadi potensialı vurğulanıb, enerji, infrastruktur, innovasiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanları müzakirə edilib.
Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq
Azərbaycan külək enerjisinin daha geniş bazarlara çatdırılmasında tərəfdaşları ilə işləməyə hazırdır