17 iyun 2025 14:55
101

Rusiya xokkey dövləti statusunu itirib - Fetisov

Xokkey üzrə ikiqat olimpiya çempionu, Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov bildirib ki, Rusiya milli komandasının 2026-cı il Olimpiya Oyunlarında iştirakdan imtina etməsi ölkənin dünya xokkeyinə təsirini itirməsindən xəbər verir.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Vyaçeslav Fetisov qeyd edib ki, Rusiya yarışdan kənarlaşdırılarsa, bu, onun xokkey dövləti statusunu itirməsindən xəbər verir. "Görünür, biz dünya xokkeyinə təsirimizi itirmişik, bizi qoruyacaq heç kim yoxdur"- deyə, o, qeyd edib.

Onun sözlərinə görə, xəbər xoşagəlməz, lakin ümumilikdə gözlənilən xəbərdir.