18 iyun 2025 15:13
83

Qrossi ABŞ-ın iddialarını rədd edir

MAQATE-nin direktoru Rafael Grossi ABŞ və İsrail rəsmilərinin bəyanatlarını təkzib edərək deyib ki, İranın nüvə silahı proqramını həyata keçirdiyinə dair heç bir dəlil yoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"Biz bildirmişik ki, nüvə silahı yaratmaq üçün sistematik səylərə dair heç bir sübutumuz yoxdur", - deyə, o, qeyd edib.

Qrossi vurğulayıb ki, MAQATE-nin mövqeyi bu məsələ ilə bağlı digər müstəqil mənbələrin qənaətləri ilə üst-üstə düşür.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Yaxın Şərqdəki nüvə təhlükəsi nüvə obyektlərinə zərbələr nəticəsində nəzəri deyil, praktiki ölçüyə malikdir.