Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti şənbə günü Şuşa şəhərinə gəlib.
“İki sahil” xəbər verir ki, nümayəndə heyəti şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olacaq.
Bundan əlavə, onlar şəhərin tarixi ilə tanış ola və işğal dövründə Şuşada törədilmiş dağıntıları öz gözləri ilə görə biləcəklər.
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Güngör Yavuzaslan: Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram