22 iyun 2025 12:05
127

“Araz-Naxçıvan”dan iki transfer

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” iki futbolçu ilə anlaşıb.

İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Qeyd edilib ki, Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan sağ cinah yarımmüdafiəçisi Çarles Boli ilə 1 illik müqavilə imzalanıb.

O, karyersı ərzində Fransanın “Lans”, “Po”, “Paris”, eləcə də İtaliyanın “Viçentsa” klublarında çıxış edib. Son mövsümü Kiprin “Apollon” (Limasol) komandasında keçirən 26 yaşlı futbolçu 23 matçda meydana çıxıb.

Naxçıvan təmsilçisi Çarles Boli ilə yanaşı Kabo-Verde millisinin üzvü Patrik Andradeni də heyətinə qatıb.

Ötən mövsümü “Qarabağ”ın heyətində keçirən Patrik Andrade ilə “1+1 il” şərti ilə müqavilə imzalanıb.

Kabo-Verde millisinin də üzvü olan 32 yaşlı yarımmüdafiəçi ölkəmizdə daha çox “Qarabağ”dakı çıxışı ilə tanınıb. O, müxtəlif illərdə ölkəsinin “Sportinq da Praya”, “Desportivu da Praya”, “Benfika da Praya”, Portuqaliyanın “Ribeyran”, “Juane”, “Moreypense”, “Famalikan”, “Salqeyruş”, Bolqarıstanın “Çerno More”, Serbiyanın “Partizan” klublarında çıxış edib.

Futbolçu 2020-ci ildən Kabo-Verde millisində 20 oyun keçirib.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.