22 iyun 2025 16:25
129

Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Zaqatala, Qax (Sarıbaş), Oğuz, Şəki, İsmayıllı, Qəbələ, Quba və Qusarda arabir yağış yağır.

Hazırda bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23, Neftçalada 20, Culfada 16 m/s-dək güclənir.

Qax, Şəki, Qusar, Qrızda duman müşahidə olunur.