23 iyun 2025 11:22
121

Elm və təhsil nazirinin Daşkəsəndəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil naziri Emin Əmrullayevin 27 iyun 2025-ci il tarixində Daşkəsən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaş qəbulu iyunun 30-da keçiriləcək.

Qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan və Kəlbəcər sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.