23 iyun 2025 11:46
91

Putin: Qərb mərkəzli sistemdən çıxmaq çoxluğun birləşməsi ilə mümkündür

Rusya prezidenti Vladimir Putin qlobal əksəriyyətin birləşməsi şərti ilə “Qərb mərkəzli koordinat sistemi”ndən çıxışı mümkün adlandırıb. O, çoxqütblü dünya quruculuğunun qarşısını almaq cəhdlərinin Yaxın Şərqdə eskalasiyaya səbəb olduğu fikrini də ifadə edib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Müasir çağırışlara qarşı effektiv mübarizə... yalnız qlobal əksəriyyətin kollektiv səyləri ilə təmin edilə bilər" - deyən Vladimir Putin vurğulayıb ki, birgə iş “əsl bərabərlik və bir-birinin qanuni maraqlarına hörmət prinsipləri əsasında” aparılmalıdır.

Prezidentin sözlərinə görə, Qərb ölkələrinin onlar üçün sərfəli olan qloballaşma modelini qoruyub saxlamaq cəhdləri dünyada vəziyyətin əhəmiyyətli dərəcədə destabilləşməsinə səbəb olub. Onun təzahürü İsrail və İran arasında müharibə olub.