Kaliforniya ştatının Los-Anceles dairəsi şerif departamenti X sosial şəbəkəsində ABŞ-ın nüvə obyektlərinə endirdiyi zərbələrə görə İran xalqına başsağlığı verən status paylaşıb, amma sonra onu silib.
“İki sahil” xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Şerif əvvəlcə postdan ABŞ-ın zərbələrinə istinadı mətndən çıxarıb, daha sonra yazını tamamilə silib.
Tezliklə Şerif Departamenti bəyanat yayaraq, idarənin rəsmi mövqeyini əks etdirməyən yazıya görə üzr istəyib. Eyni zamanda, İdarədə daxili araşdırma başlanılıb.