23 iyun 2025 13:52
112

ABŞ Avropanı internetə çıxışdan MƏHRUM EDƏ BİLƏR

ABŞ və Avropa İttifaqı arasında davam edən ticarət müharibəsi ona gətirib çıxara bilər ki, Avropa internetə çıxışdan məhrum ola bilər. Nəzərə almaq lazımdır ki, Avropa bulud xidmətlərindən ABŞ-dan asılıdır.

“İki sahil” xəbər verir ki,  bu barədə "Politico" məlumat yaymışdı.

Avropa Tənzimləmə Mərkəzinin rəhbəri Zach Myers bu narahatlığını nəşrlə bölüşüb.

O qeyd edib ki, altı ay əvvəl ABŞ prezidenti Donald Trampın Aİ-nin iqtisadi maraqlarına ciddi ziyan vurmaq üçün internetin kəsilməsinə göstəriş verə biləcəyi fikri daha ağlasığmaz görünürdü.

Bundan əvvəl "Bloomberg" xəbər vermişdi ki, Aİ ABŞ-ın ticarət danışıqları ilə bağlı tələblərini qeyri-mümkün hesab edir.