23 iyun 2025 14:19
96

Almaniya və İtaliya ABŞ-dan 245 milyard dollarlıq qızıl ehtiyatlarını çıxara bilər - “Financial Times”

Almaniya və İtaliya ABŞ-dan 245 milyard dollarlıq qızıl ehtiyatlarını çıxarmalıdır.

“İki sahil” “Financial Times”a istinadla xəbər verir ki, bunu Avropa Parlamentinin keçmiş üzvü Fabio De Masi bildirib.

O, nəşrə müsahibəsində “qarışıq vaxtlarda” böyük miqdarda qızılın Avropaya və ya Almaniyaya daşınmasının lehinə güclü arqumentlər olduğunu qeyd edib.

Onun bu fikrini Bavariya Xristian Sosial Birliyindən keçmiş mühafizəkar parlament üzvü Piter Qauveyler paylaşıb. O, son on ildə qızılın xaricdə saxlanmasının daha təhlükəsiz və sabit olub-olmadığı sualına cavab tapmağa çağırıb.