23 iyun 2025 15:39
96

“Turan Tovuz” “Benfika”nın yetirməsini transfer edib

“Turan Tovuz” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki,  klubdan verilən məlumata görə, bölgə təmsilçisi Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareş ilə 3 illik müqavilə imzalanıb.

“Benfika”nın yetirməsi olan yarımmüdafiəçi son olaraq Rumıniyanın “Buzau” klubunun formasını geyinib. 26 yaşlı oyunçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikau” klublarının şərəfini qoruyub.