LED rəqəmsal ekran reklamı biznes üçün güclü və cəlbedici bir vasitə təklif edir. Bəs rəqəmsal reklam daşıyıcılarının — LED ekranların və elektron panellərin yerləşdirilməsi hansı prinsiplərlə tənzimlənir?
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri “İki sahil”ə açıqlamasında bildirdi ki, açıq məkanda LED ekran və digər rəqəmsal daşıyıcıların yerləşdirilməsi “Reklam haqqında” Qanun, eləcə də müvafiq normativ hüquqi aktlar əsasında həyata keçirilir.
Onun sözlərinə görə bu zaman reklam daşıyıcısının yerləşdiriləcəyi ərazi, texniki göstəricilər, yol hərəkəti təhlükəsizliyi və şəhərsalma prinsipləri nəzərə alınır.
Yaqut Ağaşahqızı, “İki sahil”