"Qarabağ"ın rəhbərliyi, baş məşqçisi Qurban Qurbanov və futbolçuları Xankəndidə tələbələrlə görüşüblər.
“İki sahil” xəbər verir ki, Qarabağ Universitetində baş tutan görüş zamanı təhsil ocağının rektoru Şahin Bayramov komanda üzvlərini salamlayaraq, onlara universitet barədə məlumat verib.
"Qarabağ"ın əldə etdiyi nailiyyətlərdən də söz açan rektor komandaya gələcək oyunlarda uğurlar arzulayıb. "Qarabağ" klubu tərəfindən universitetə imzalı top və forma hədiyyə olunub. Daha sonra komanda üzvləri Qarabağ Universiteti ilə tanış olublar.
Qeyd edək ki, "Qarabağ"ın üzvləri bu gün, həmçinin Xankəndi, Ağdam və Füzulidə də sakinlərlə görüşəcəklər.
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır
BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib