25 iyun 2025 13:45
147

YAP Xəzər rayon təşkilatında yubiley tədbiri

YAP Xəzər rayon təşkilatında A.Abdullayev adına Mədəniyyət Mərkəzinin müdiri İradə Məlikovanın 70 illik yubileyi qeyd olunub.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov İradə Məlikovanın Xəzər rayonunun ictimai- siyasi həyatında iştirakını yüksək dəyərləndirib, uzunmüddətli peşəkar və səmərəli fəaliyyəti, 70 illik yubileyi münasibətilə İradə Məlikovanı təbrik edib.Tədbirin sonunda İradə Məlikova   Fəxri Fərman ilə təltif olunub.

Öz növbəsində İ. Məlikova göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Xəzər rayonunda partiya üzvləri ilə  də görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Dendrologiya İnstitutunun baş direktoru v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun əldə etdiyi qələbələrdən, xalqımızın yenilməzliyindən danışaraq, partiyanın Azərbaycanın uğurlarında payından, yeni-yeni hədəflərə doğru inamla addımlamasından, dünənin, bu günün və gələcəyin partiyası olduğunu gördüyü işlərlə təsdiqləməsindən geniş bəhs edib.

Daha sonra  YAP Xəzər rayon təşkilatının məsləhətçiləri Siyasət Həsənov, Nəzrin Bayramova YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnamə tələblərinə uyğun olaraq ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışlar.

Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim olunmuşdur.