"Mançester Yunayted" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayımlanıb.
"Qırmızı şeytanlar" "Brentford"dan Brayan Mbemonu transfer edəcəklər. Artıq klub 25 yaşlı vingerlə razılaşıb.
"Mançester Yunayted" transferə görə 65 milyon funt-sterlinq ödəyəcək.
Qeyd edək ki, Brayan ötən mövsüm Premyer Liqada 38 matçda 20 qol vurub və 8 qolun ötürməsini verib.