ABŞ F, M və ya J kateqoriyalı vizalar üçün yeni tələb müəyyənləşdirib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına müraciət edən bütün şəxslərə sosial media hesablarının məxfilik ayarlarını “ictimai” (hamı üçün açıq) vəziyyətə gətirmələri tövsiyə olunur.
Məlumata görə, bu, ABŞ qanunvericiliyinə uyğun olaraq onların şəxsiyyətinin və ölkəyə daxilolma hüququnun müəyyənləşdirilməsi üçün zəruri olan yoxlama prosesini asanlaşdırmaq məqsədi daşıyır.
Qeyd edək ki, F və M kateqoriyalı vizalar universitet və kolleclərdə təhsil, eləcə də peşə təhsili, J kateqoriyalı vizalar isə professor, alim və müəllimlərin mübadilə proqramında iştirakı üçün verilir.
Bu andan etibarən F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına müraciət edən bütün şəxslərə sosial media hesablarının məxfilik ayarlarını “ictimai” (hamı üçün açıq) vəziyyətə gətirmələri tövsiyə olunur. Bu, ABŞ qanunvericiliyinə uyğun olaraq onların şəxsiyyətinin və ölkəyə… pic.twitter.com/FkafKIqqM1
— U.S. Embassy Baku (@USEmbassyBaku) June 26, 2025