26 iyun 2025 17:06
117

Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq

Pentaqon Meksika ilə sərhəd boyunca daha iki hərbi bufer zonası yaradacaq.

“İki sahil” xəbər verir ki, bu barədə ABC telekanalı ölkənin Hərbi Hava Qüvvələrinin bəyanatına istinadən bildirib.

"ABŞ Müdafiə Nazirliyi ABŞ-nin Meksika ilə cənub-qərb sərhədi boyunca daha iki hərbi bufer zonası yaradır", - telekanalın materialında deyilir.

Bufer zonalarında işləyən hərbçilər hüquq-mühafizə funksiyalarını yerinə yetirmirlər, lakin pozucuları ABŞ Gömrük və Sərhəd Xidməti (CBP) əməkdaşlarına təhvil verilənə qədər müvəqqəti saxlaya bilərlər.

Beləliklə, ABŞ hərbçilərinin sərhədi pozan qanunsuz miqrantları müvəqqəti saxlaya biləcəyi milli müdafiə zonaları adlanan ərazilərin sayı dördə çatır.