26 iyun 2025 17:12
118

Avropa Komissiyası rəhbəri etimadsızlıq səsverməsi ilə üzləşə bilər

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen COVID-19 pandemiyası dövründə vaksinlərin satınalınması ilə bağlı qalmaqal səbəbilə etimadsızlıq səsverməsi ilə üzləşə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti yazır.

Qeyd edilir ki, Avropa Parlamentindəki ifrat sağçı deputatlar bildirirlər ki, fon der Lyayenin əczaçılıq şirkətinin rəhbəri ilə yazışmaları ilə bağlı Avropa İttifaqı məhkəməsinin qərarından sonra, Avropa Komissiyasının bütün heyətinin istefasını tələb edən müraciətlərinə kifayət qədər dəstək toplayıblar.

Xatırladaq ki, mayın 14-də Avropa Ədalət Məhkəməsi AK rəhbərini 2021–2023-cü illərdə COVID-19 vaksinlərinin satınalınması üzrə müqavilələrlə bağlı məlumatların gizlədilməsində cavabdeh bilmişdi.