26 iyun 2025 18:44
112

Fransa büdcəsi 5 milyard avro azaldılır

Fransa hökuməti bu il ümumi daxili məhsulun 5.4 %-i həcmində büdcə kəsiri hədəfinə çatmaq üçün xərcləri təxminən 5 milyard avro azaltdığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Report”un Avropa bürosu Fransanın İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

Nazirlik dövlət xərclərinin bu ilin büdcəsində nəzərdə tutulan göstərici ilə müqayisədə daha çox artması səbəbindən ixtisarların zəruri olduğunu bildirib.

Hökumət mərkəzi dövlət büdcəsini 3 milyard avro, sosial təminat xərclərini 1,7 milyard avro azaldacaq.