Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə orta məktəbdə transformator partlayışı nəticəsində yaranmış çaxnaşma və basabasda azı 29 şagird ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Xəstəxanadan iki mənbə bildirib ki, çərşənbə günü Mərkəzi Afrika Respublikasının paytaxtında elektrik partlayışı orta məktəbdə çaxnaşma və basabas yaranıb, nəticədə azı 29 şagird ölüb”, – agentlik bildirib. Qeyd olunub ki, hadisədə 260 nəfər yaralanıb.
Ölkənin Təhsil Nazirliyi faciənin Bangi şəhərindəki orta məktəbdə yerləşən imtahan mərkəzində digər altı məktəbdən 5 000-dən çox şagirdin buraxılış imtahanı verdiyi zaman baş verdiyini açıqlayıb.
Məlumata görə, məktəbin baş binasındakı transformator elektrik verilişinin bərpa olunmasından sonra partlayıb.