Portuqaliyalı hücumçu Kriştiano Ronaldo "Əl-Nəsr" futbol klubu ilə yeni müqavilə imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, 40 yaşlı portuqaliyalı ilə yeni müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, K.Ronaldu 2023-cü ildə “Əl-Nassr”a transfer olunub. Həmin ildə də futbolçu Ərəb Çempionlar Liqasının qalibi oldu.