26 iyun 2025 22:04
104

Cəlilabadda taxıl biçinində yüksək məhsuldarlıq qeydə alınıb

Cəlilabad rayonunda taxıl biçini davam edir.

Arpa və buğda sahələrində orta məhsuldarlıq yüksəkdir.

Belə ki, ötən əkin ilində arpada orta məhsuldarlıq 26-27, bu il 32-33 sentner təşkil edib. Buğdada isə keçən il orta məhsuldarlıq 32-33 sentner, bu il 35-36 sentner olub.

Hazırda arpa sahələrinin 95 faizi, buğda sahələrinin isə 55 faizi biçilib.

Qeyd edək ki, bu il rayonda 46 980 hektar sahədə buğda və 13 450 hektar sahədə arpa əkilib.

"Report"