Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini 1968-ci il təvəllüdlü Ruhəngiz Ağahəsən qızı Babayeva yol kənarında dayanmış vəziyyətdə olduğu zaman Viravul kəndi istiqamətindən yüksək sürətlə hərəkətdə olan "Mersedes" markalı 99 SV 262 dövlət qeydiyyatı avtomobil onu vurub.
Hadisə yerinə çağrılan Təcili tibbi yardım xidməti ağır xəsarət alan şəxsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsalar da həkimə qədər ölüm halı qeydə alınıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.