27 iyun 2025 12:42
135

Elvin Yunuszadə ilə müqavilənin müddəti uzadılmayıb

“Qəbələ” klubu futbolçusu Elvin Yunuszadə ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 2024/2025 mövsümünün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Elvin Yunuszadə “Qəbələ”də 22 oyun keçirib.