Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zabux kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, ümumi çəkisi 1 tondan artıq olan 7046 ədəd çətənə kolu yandırılaraq məhv edilib.