Qusar rayonunun Çiləgir kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, Qusar - Şahdağ yolunda turistlərin olduğu avtomobil idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə qəza nəticəsində maşında olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq, Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üç nəfəri Azərbaycan, beş nəfəri isə Pakistan vətəndaşlarıdır.
Hazırda yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.