Füzulidə yanacaqdoldurma məntəqəsində iki minik maşını toqquşub.
Hadisə rayonun Əhmədbəyli kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.
Hərəkətdə olan "Toyota" və "VAZ" markalı avtomobil yanacaq doldurmaq üçün yanacaqdoldurma məntəqəsinə daxil olarkən toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə və yanacaqdoldurma məntəqəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Trend
BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb