Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı daha çox əməkdaşlıq etməklə səmərəliliyi artıracağıq.
“İki sahil” “CNN Türk”ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbul Konqres Mərkəzində təşkil olunan “Qlobal nəqliyyat dəhlizləri” Forumunda çıxışında deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsi və artan geosiyasi risklər qarşısında Orta Dəhlizin əhəmiyyəti daha da artıb: “Bu xətt iqtisadi inkişaf və ticarətin şaxələndirilməsi üçün imkanlar yaradır”.
Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu bu marşrutun mühüm tərkib hissəsidir.
Diplomat əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Orta Dəhlizin mühüm komponentinə çevrilməsi Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı nümunəvi üçtərəfli əməkdaşlığın nəticəsidir.