Fransanın şimal-mərkəz hissəsindəki Eure-et-Luara bölgəsində “Cessna 172” turist təyyarəsi qəzaya uğrayıb.
“İki sahil”in xarici mətbuata istinadla verdiyi məlumata görə, 3 nəfər ölüb.
Məlumata görə, təyyarə yaşayış massivinə düşüb. Lakin evlərə ziyan dəyməyib. Onun yalnız bir avtomobili vurduğu müəyyən edilib.
"Qəzanın səbəbləri Hava Nəqliyyatı Jandarmiyası (GTA) və milli polis tərəfindən birgə araşdırılır", - məlumatda deyilir.
Təyyarənin yerli uçuş klubuna məxsus olduğu da müəyyən edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”