İyulun 8-də və 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətin mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.
“İki sahil” quruma istinadən xəbər verir ki, hərraclara 82 nəqliyyat vasitəsi çıxarılacaq.
O cümlədən, iyulun 8-də keçiriləcək hərraca 27 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir, start qiyməti 2 - 14,5 min manat arasında dəyişir.
Hərraca çıxarılan əmlakların siyahısı ilə
BURADAN tanış olmaq mümkündür.
İyulun 15-də keçiriləcək hərraca isə 6 lot üzrə 55 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1997-2013-cü illəri əhatə edir, start qiyməti 1,5 - 294,15 min manat arasında dəyişir.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.