30 iyun 2025 11:27
117

Azərbaycanda 1353 nəfər sosial xidmət mərkəzlərində qeydiyyata alınıb

Hazırda ölkədə 444 nəfər uşaq evində yaşayır.

“İki sahil” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Agentlik nazirliyin tabeliyinə verildikdən sonra 1077 nəfərə sosial xidmətlər göstərilib.

Bundan başqa, o bildirib ki, hazırda 1353 nəfər sosial xidmət mərkəzlərində qeydiyyata alınıb.