30 iyun 2025 15:01
134

Tramp administrasiya işçilərinə məlumat yazmağı qadağan etdi - "Washington Post"

40-dan çox federal işçi ilə söhbət edən The Washington Post yazır ki, Donald Tramp administrasiyasında “məxfilik mədəniyyəti” hökm sürür. Onların fikrincə, ABŞ prezidenti tabeliyində olanlara və departament işçilərinə nə isə yazmağı getdikcə daha çox qadağan edir. Ağ Evin rəhbəri mümkün informasiya sızmalarına qarşı belə mübarizə aparır.

“İki sahil” xəbər verir ki,  bunu onun mətbuat katibi Caroline Leavitt təsdiqləyib.

Qəzetin mənbələrinə görə, artıq heç kim nəyisə yazılı şəkildə qeyd etmək istəmir: "İclaslar qapalı qapılar arxasında keçirilir, Həm iş, həm də şəxsi ünsiyyət getdikcə daha çox mesajların avtomatik silindiyi "Signal" tətbiqindən istifadə etməklə həyata keçirilir."- deyə məlumatda qeyd edilir.