30 iyun 2025 15:06
159

Hindistanda "Boeing Dreamliner" təyyarəsinin qəzaya uğramasına səbəb təxribat ola bilər

Hindistanda Boeing Dreamliner təyyarəsinin qəzaya uğramasına səbəb təxribat ola bilər

Hinditanın Mülki Aviasiya üzrə Dövlət Naziri Murlidhar Mohol NDTV-yə bildirib ki, Hava Qəzalarının Təhqiqat Bürosu (AAIB) Hindistanda Air India Boeing 787-8 Dreamliner təyyarəsinin qəzaya uğramasının mümkün səbəbi kimi təxribat faktını araşdırır. 

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

"AAIB hadisənin müxtəlif səbəblərini, o cümlədən mümkün təxribatı araşdırır. CCTV görüntüləri araşdırılır və bütün nəzəriyyələr dəyərləndirilir... Bununla bağlı bir neçə qurum işləyir"- deyə, məlumatda qeyd edilir.

Mohol əlavə edib ki, hazırda istintaq orqanları qəzaya uğramış təyyarənin qara qutusundan olan məlumatları diqqətlə öyrənirlər. Hindistan qara qutunun şifrəsini açmaq üçün xarici mütəxəssislərin köməyinə müraciət etməyəcək və onu xaricə göndərməyəcək.