30 iyun 2025 18:21
142

Əməliyyat zamanı saxlanılanların ADLARI

Bu gün Daxili İşlər Nazirliyi “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində əməliyyat keçirib.

“İki sahil” xəbər verir ki,  əməliyyat zamanı saxlanılanlar var.

Bunlar İqor Kartavıx və Yevgeniya Belousovadır. Həmin şəxslərin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu bildirilir.

Xatırladaq ki, Rusiyanın “Sputnik Azərbaycan” agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.

Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.

Lakin “Sputnik Azərbaycan” redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.