02 iyul 2025 13:20
391

YAP Daşkəsən rayon təşkilatı üzrə ərazi partiya təşkilatında yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı üzrə 31 saylı Yol İstismar MMC ərazi partiya təşkilatında (ƏPT) 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və  Suverenlik İli” elan edilməsi və ƏPT-nin yeni sədrinin seçilməsi ilə bağlı yığıncaq keçirilib. 

“İki sahil” xəbər verir ki,  yığıncaqda YAP Daşkəsən rayon təşkilatı Aparatının məsləhətçisi Sərdar Xıdırov və başqaları çıxış edərək bildiriblər ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir.        

“Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında” Əsasnamənin 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq sadə səs çoxluğu ilə Rövşən Məmmədov 31 saylı Yol İstismar MMC  ərazi partiya təşkilatının sədri seçilib.

Yekunda bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.